Ticarət obyektlərində meyvələr hansı şəraitdə saxlanılmalıdır?

Adətən meyvə-tərəvəz mövsümü zamanı zəhərlənmə hallarına da kifayət qədər çox rast gəlmək olur. Meyvələrin daha tez yetişməsi üçün ağaclara verilən kimyəvi maddələr sonradan insan orqanizmində ciddi fəsadlar yaradır. Bəsən isə meyvələrin doğru-düzgün şəraitdə saxlanılmaması müəyyən fəsadlara yol açır. Elə bu səbəbdən də Qida Təhlükəsizliyi Agentliyi hər bir sahədə olduğu kimi meyvə istehsalı, onun saxlanılmasına da ciddi nəzarət tədbirləri həyata keçirməyi düşünür. Bəs görəsən meyvələr, xüsusilə də ərik hansı şəraitdə və necə saxlanılmalıdır? Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, ərik ev şəraitində 5º-8ºC temperaturda saxlanmalıdır. Ərik meyvələr arasında ən faydalı meyvələrdən biridir. Həm təzə, həm də qurudulmuş ərik zəngin qida dəyəri ilə insan sağlamlığına faydalıdır. Agentlikdə hesab edirlər ki, ərik alarkən diqqətli olmaq vacibdir. Xüsusilə onun bazaar çıxarılma vaxtına diqqət etmək lazımdır. Bildirilir ki, bir qayda olaraq ərik iyun-avqust aylarında yetişir. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən, kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və istehlakçını zəhərlənməyə gətirib çıxara bilir. Ona görə də, qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil. İkincisi, ərik alarkən onun rənginə diqqət etmək lazımdır. Belə ki, təzə əriyin rəngi qızılı və narıncı olur. Ərikdə olan çəhrayı rəng onun şirin olacağına dəlalət edir. Yetişmiş ərik yumşaq olur. Sarı və ya yaşıl rəngli, əzilmiş əriyin istehlak edilməsi tövsiyə olunmur. Çünki əzilmiş, ziyan vericilərin təsirinə məruz qalan ərik faydasız olmaqla yanaşı, insan sağlamlığı üçün təhlükəlidir. 
3. Əriyin ölçüsünə fikir verəsi olsaq, onlar 3,5 sm ilə 6 sm arasında dəyişən müxtəlif ölçülərdə olurlar. Bir meyvənin çəkisi orta hesabla 40-50 q olur. Kiçik ölçüdə əriklər onun yetişdiyini göstərən doğru rəng və möhkəmlikdədirsə onları istehlak etmək olar. Əriyin tez xarab ola biləcəyini nəzərə alaraq üç-beş gün ərzində yeyilməlidir. Meyvələrin yığılma vaxtı onun istehlak məqsədindən asılıdır. Təzə halda yemək üçün meyvələr tam yetişdikdə yığılır. Emal üçün nəzərdə tutulmuş meyvələr tam yetişməyə 3-4 gün qalmış yığılır və qablaşdırılır. Ərik tam yetişməmiş dərilibsə, kağız torbada saxlayıb, günəş işığından uzaqda otaq temperaturunda saxlandıqda yetişməyə davam edəcəkdir. 
Ərik qablaşdırılan taralarda məhsul göndərənin adı, növü, qablaşdırılma tarixi, partiyanın nömrəsi və s. öz əksini tapmalıdır. Ərik qablaşdırılan taralar möhkəm, təmiz-quru olmalı, kənar iy verməməlidir. Taralarda əriklər səliqəli və iki sıradan çox olmayaraq yığılmalıdır. Ticarət şəbəkəsində əriyin yaxşı və keyfiyyətli qalması üçün onu -0,5ºC + 0,5ºC temperaturda saxlamaq lazımdır. Ev şəraitində isə 5º-8ºC temperaturda saxlanıla bilər.

Ərikdən qurudulmuş halda da istifadə edilir. Belə ki, qurudulmuş ərikdən tamlı qatqı kimi bir çox xörəklərin hazırlanmasında istifadə olunur. Çəyirdəyinin qabığından aktivləşdirilmiş kömür, budaqlarının ifraz etdiyi qətranlardan isə kley hazırlanır. Balverən bitki kimi az məşhurdur. Çünki çox qısa müddətdə çiçəkləyir. Yabanı ərik qiymətli calaq materialı hesab edilir. Mədəni sortların yetişdirilməsində onun böyük əhəmiyyəti vardır.

Ərikdə olan A vitamini, çoxalma və böyümədə; infeksiyalara qarşı müqavimətin artmasında əhəmiyyətli təsirə malikdir. Digər tərəfdən A vitamini, normal vücud hüceyrələrinin bədxassəli hüceyrəyə çevrilməsinin başlıca cavabdehi olan aktiv karsinogenlərdən təkli oksigen radikallarının meydana gəlməsinin və ya meydana gəldikdən sonra təsirsiz qalmasının qarşısını ala bilir. Bundan başqa A vitamini, hüceyrələrin müqavimətinin artmasına vəsilə olaraq xərçəngə qarşı qoruyucu vəzifəni yerinə yetirməkdədir. Beləliklə, sərbəst radikalların meydana gəlməsi və hüceyrə ölümünə səbəb olan protein və yağ turşularının pozulma reaksiyalarının dayandırılması təmin edilir. Ərikdə natrium az, potasium isə çox olduğuna görə, qəlb çatışmazlığı, böyrək xəstəlikləri, hepatit, siroz müalicəsində və qəlb əzələlərinin güclənərək düzgün işləməsində müsbət təsirinin olduğunu öyrənilib. Bununla yanaşı, əriyin tərkibindəki maqnezium və kalsium qırtlaq yanmalarının qarşısını alır. Quru qayısıya rəngi getməsin deyə əlavə olunan sulfat dioksidin astma kimi allergiyalara xeyirli olduğu müəyyən edilib.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31