Müəssisənin infrastrukturunu yaxşı olması onun təhlükəsiz qida istehsal etməsi demək deyil

Son illər ölkədə qida təhlükəsizliyi sahəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Ölkədə istehsal olunan məhsulların istehsal prosesi, istehsal zamanı istifadə olunan xammalın tərkibi, istehsal prosesindən sonrakı mərhələdə məhsulun saxlanma şərati və digər bu kimi vacib məqamlara artıq əvvəlki illərə nisbətən daha ciddi diqqət yetirilir. Xüsusilə, vurğulamaq lazımdır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra bu istiqamətdə ciddi addımlar atılır. Düzdür, buna qədər qədər qeyd edilən sahədə müəyyən işlər görülürdü. Lakin həmin işlərin, istehsala nəzarət tədbirlərinin qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilməsi bir qədər təsiredici olmurdu və istehsalçılar yalnız ictimai qınaqla canlarını qurtata bilirdilər. İndi artıq dövlət qurumu var və həmin qurum da çox təsirli addımlar atmaq səlahiyyətindədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaranana qədər istehsal edilən məhsulların keyfiyyəti, onların tələblərə cavab verib-vermədiyi, yaxud hansı şəraitdə saxlanmasına Azad İstehlakçılar Birliyi nəzarət edirdi. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasından sonra isə artıq sözügedən təşkilata ehtiyac qalmadığı iddia olunur.

Lakin "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyub Hüseynov bütün bunları təkzib edir. O, bildirib ki, "Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və Agentliyin əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir: "Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezdenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin işinin təşviqinə həsr olunub. Azad İistehlakçılar İctimai Birliyi olaraq Qida Təhlükəsizliyi Agentliyinin işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamyıb. Bütün hallarda Azad İstehlakçılar İctimai Birliyinin könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər. Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.Belə ki, son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxıb. Bu isə öz növbəsində istehlakçılarda çaşqınlıq yaraıb. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən "Azad İstehlakçılar" İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

Birincisi, Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar. 
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır. Xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssisələr də istehsal olunan məhsulu qadağan etməlidir. Yaxud qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstərməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaradır".

Eyub Hüseynov deyib ki, ikinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır: "Məsələn Agentliyin rəhbəri Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssisə standartlara cavab verirsə, onda onun istər bir adda, istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub" İctimai Birlik sədri deyib ki, agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31