8 saatdan çox yatmayın - Səbəbi

İngiltərədə yuxu ilə bağlı aparılan araşdırmalar maraqlı nəticələrə gətirib çıxarıb.

Alimlər 8 saatdan artıq yatan insanların erkən ölüm riski daşıdığını müəyyən ediblər. Manchester, Leeds, East Anglia və Keele universitetlərinin birgə araşdırmasında 8-dan çox yuxunun infarkta və iflic olmaya yol açdığı sübut edilib.

Üstəlik, bu risk 47% təşkil edir. Buna səbəb isə oturaq həyat tərzi keçirənlərin çox yatmalarıdır. 

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31