Biləsuvarda xəstəxanada nə baş verib? - Açıqlama
8 Avqust 2018 11:45 SosialBiləsuvar Rayon Mərkəzi xəstəxanasının birinci mərtəbəsində rentgen otağında olan kondisionerdə tüstülənmə baş verib.
Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qeyd edib. O bildirib ki, əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovlanmanın qarşısını alıblar:
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Bundan əlavə, heç bir avadanlığa ziyan dəyməyib. Tüstülənmə baş verən ərazi də artıq təmizlənərək istifadəyə verilib".
Qeyd edək ki, bu gün gecə saatlarında Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında yanğının baş verməsi haqda məlumat yayılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31