Sosial şəbəkələrin fenomeninə çevrilən sumqayıtlı qız: hamı ondan danışır - VİDEO
8 Avqust 2018 08:11 SosialHər kəs sosial şəbəkələrdə videosu yayılan bu azərbaycanlı qızdan danışır.
Olaylar.az xəbər verir ki, söhbət Sumqayıt şəhərində yaşayan 9 yaşlı Gülay Fərzəliyevadan gedir. Onun at belində maşınla yarışa çıxdığı görüntülər şəbəklərdə izlənmə rekordu qırır. Balaca qızcığazın etdiyi hərəkətlər böyük maraq doğurur. O, istənilən atı rəqs elətdirə bilir. Üstəlik onun at belində başıaşağı akrobatik hərəkətini görənlər təəccübünü gizlədə bilmir. Gülay bu məharətini bizim üçün də nümayiş elədi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31