İsmayıllıda iribuynuzlu heyvanlara qarşı qəddarlıq edilib - FOTO
7 Avqust 2018 18:40 Sosialİsmayıllı rayonunda iribuynuzlu heyvanlara qarşı qəddarlıq edilib.
"Report"un Şirvan bürosunun məumatına görə, hadisə rayonun Girk kəndində qeydə alınıb.
Belə ki, 40 başa yaxın heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında süd vəziləri kəsilib. Kənd sakinləri bu hadisənin, ilk növbədə, hər hansı bir xəstəlik səbəbindən baş verdiyini hesab edərək İsmayıllı rayon Baytarlıq İdarəsinə müraciət ediblər. Baytarlar heyvanlara baxış keçirdikdən sonra bunun hansısa xəstəlik deyil, qəsdən törədilmiş əməl olduğu müəyyənləşib. İsmayıllı rayon Baytarlıq İdarəsi həmin heyvanlara lazımi yardım göstərərək nəzarətə götürüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31