Demədiklərim... l yazı

Bəşarət Məmmədov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Giley-güzarı sevmirəm. Ünvansız və ümumi danışmağı da xoşlamıram. Amma elə şeylər var ki, deməyi vacib hesab edirəm.

Məzuniyyət imkanı il boyu demədiklərimin bir hissəsini tam açıqlığı ilə deməyə İMKAN verir.

Xüsusən sosial şəbəkələrdə insanları rahatsız etmək, öz düşüncəsi(zliyi)ni mütləq həqiqət kimi başqalarına qəbul etdirmək cəhdi insanda ikrah hissi yaradır. Baxırsan, ömrü boyu ona-buna "məsləhət vermək"dən başqa işi olmayan, öz hesabına bircə uğura belə imza atmayan birisi ona aidiyyəti olmayan birinin səhifəsində "öz içinin qarasını" tökür. Yəni, istənilən pozitivə neqativ reaksiya, yaxşıya pis demək "xəstəliyi" bu adamların yaşam prinsipidir. Onlar bu yolla görünməyə, var olduqlarını isbatlamağa çalışırlar sanki...

Başqa sözlə desək, bu tip adamlar "bişmiş aşa su tökməyi" xoşlayırlar. Sanki Əhrimənin ardıcıllarıdır. Sərt cavab alırlar, əsassız danışdıqları, xudbinliklləri, paxıllıqları, yaramazlıqları üzlərinə deyilir, amma utanıb, qızarmaq əvəzinə "həyasız utanmazlıq" nümunəsi sərgiləyirlər. Nəcə deyərlər, "bir üzünə tüpürürlər, o biri üzünü çevirir"...

Bu tip adamlar sanki neqativ axtarirlar ancaq. Leşyeyən quşlar hardasa yatmış canlini da ölmüş sanib üzərində hücum uçuşu etdikləri kimi, bunlar da hər şeyi özlərinə "mənəvi və real qida" kimi qəbul edirleər. Goreşən (kaftar) adlı bir canlı var. Onun kimi başqasinin əsəbi, pis halı üzərində həyatıni quran tiplər artiq təbiətən kaftar xislətinə uyğunlaşiblar. Aləm dağılsın, hər şey pis olsun onlar o zaman sevinər. Reallıq belə deyilsə, pozitivdən, yaxşıdan belə pis nəsə "düzəldəcəklər" təqdimatda. Təki "fəaliyyət göstərsinlər", "yaşasınlar"...
 

Bunları niyə yazıram?! Ona görə ki, heç olmasa, yaxından-uzaqadan həndəvərimizdə olan belə tiplər bilsinlər ki, onların "zibil maşını", "nifrət makinası" olduqları, aşağılıq kompleksindən əziyyət çəkdikləri, "qarayaxma və şantaj çörəyi yedikləri" aydınca görünür. Yəni kimlikləri deyil, neqativ fonları hiss olunur və yalnız səmimi nifrət qazanırlar.  Odur ki, həyatlarını şərə xidmətə həsr etməkdənsə, ən əvvəl neytral olmağı, sonra isə asta-asta xeyirxah olmağı özlərinə aşılasınlar... Bu halda həyatları da rahat olar, qəlbləri də... 
İnsan olan bezməzmi ona buna sürtünməkdən, həyassızlığı ilə fəxr etməkdən?! Başınıza dəyən qapazlar bəs etmədimi, üzünüzdəki "sərinlik" sizi üşütmədimi?! Bütün əməllərinizin "Bumeranq effekti" verəcəyini unutmayın! Necə ki indi verir! Bir gün gec, bir gün tez..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31