Rusiyalı turist Qobustan qoruğunda yıxılaraq xəsarət alıb

Azərbaycana gəzməyə gələn Rusiya vətəndaşı qoruq ərazisində yıxılaraq xəsarət alıb. 

Hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda qeydə alınıb. 

Belə ki, Rusiya vətəndaşı, 1953-cü il təvəllüdlü Elana Andreyevna Maqina qoruq ərazisində gəzinti zamanı yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31