Proqnozlar Bürosu: Növbəti iki gündə hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report"a açıqlamasında deyib ki, Bakıda və Abşeron yarımadasında avqust ayının 8-9-da hava şəraiti yağmursuz olacaq.

Onun sözlərinə görə, növbəti iki gündə hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir: "Şimal küləyi əsəcək, arabir güclənəcək".

G.Məmmədova bildirib ki, növbəti iki gündə əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir: "Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Bölgələrdə qərb küləyinin arabir güclənəcəyi gözlənilir".

O qeyd edib ki, növbəti iki gündə havanın temperaturunda dəyişiklik gözlənilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31