Türkiyədə qəribə etiraz – Heykələ şalvar tikmək, şort geyindirmək istədilər

Türkiyənin Malatya şəhərində 1947-ci ildə ianə yığılaraq qoyulan Atatürk heykəli ilə yanaşı dayanan çılpaq gənc heykəli narahatlığa səbəb olub. 

Olaylar.az xəbər verir ki, türk heykəltəraşlar Nicat Sirel və Haqqı Atamulu tərəfindən hazırlanan Atatürk abidəsindəki digər heykələ şalvar tikdirmək, ya da şort geyindirmək istəyənlər ortaya çıxıb.

Malatya Türk Ocaqları sədri Nadir Günata heykələ şort geyindirməyi təklif edib. Şəhərin dərzisi Mehmet Əli Yaman heykəlin ölçüsünü götürüb ona şalvar tikməyə hazır olduğunu bildirib.

40-cı illərdə ianə yığılaraq hazırlanan abidədə Atatürk, gənc atlet və aralarında Türkiyə bayrağı əks olunub. Abidə Atatürkün milli suverenliyi türk gəncliyinə miras qoymasını təmsil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31