Şəmkirdə meşədə yanğın başlayıb
Şəmkir rayonunda meşədə yanğın başlayıb.
11 İyul 2018 14:29 SosialŞəmkir rayonunda meşədə yanğın başlayıb.
Bu barədə FHN məlumat yayıb.
Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31