“Azərbaycan Tərcümə Ensiklopediyası” təqdim edildi

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə "Azərbaycan Tərcümə Ensiklopediyası"nın növbəti təqdimat mərasimi keçirilib.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli kitabın ərsəyə gəlməsində zəhməti olan hər bir kəsə təşəkkürünü bildirib. Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri Ədalət Abdiyeva bildirib ki, Azərbaycanı dünyada təbliğ etmək üçün ilk növbədə öz tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı gözəl bilməliyik.

Beynəlxalq münasibətlər kafedrasının müdiri dosent Aida Yusifzadə Ümummilli lider Heydər Əliyevin tərcümə sahəsinin inkişafı ilə bağlı atdığı addımlardan danışıb. Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva ensiklopediyada tərcümə ilə bağlı bütün suallara maraqlı cavablar aldığını söyləyib.

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekan müvaini Əli Məmmədov, Qafqazşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov tərcümə sahəsində görülməsi vacib olan işlərdən danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31