Xətaidə yanğın- Sakinlər təxliyyə olundu
11 İyul 2018 11:24 SosialBakıda səhər saatlarında yaşayış binasında yanğın faktı qeydə alınıb.
FHN-dən verilən məlumata görə, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd qoruyucu açar və giriş-çıxış kabelləri 6 p.m yanıb.
Məlumata görə, yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Elektrik lövhəsinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31