Efirdə ilahiyyatçı ilə prodüser arasında qalmaqal: “Qısa geyimi baykot edirəm” – Video

"Mən qısa geyimin əleyhinə yox, ümumiyyətlə, belə tərzi baykot edirəm"

İlahiyyatçı Hacı Təyyar Hüseynli "El bizim, sirr bizim" verilişində belə deyib.

O, bir müddət öncə metroda şortik geyinən qızla yaşlı qadının və gənc oğlan arasında baş verən gərginlik barədə münasibət bildirib.

İlahiyyatçı sözügedən hadisədən danışarkən mübahisə edənlərin hər üçünün haqsız olduğunu dilə gətirib. T.Hüseynli eyni zamanda bu halların baş verəməməsi üçün xüsusi təlimata ehtiyacın zəruriliyini vurğulayıb. Aparıcının "qısa geyimə münasibətini necədir" sualına isə din xadimi "belə tərzi baykot edirəm" cavabını verib.

Bu zaman prodüser Sultan Mustafayev Təyyar bəyin sözünü yarımçıq qoyub və onunla razılaşmadığını söyləyib. Qalmaqallı şou-biznes nümayəndəsi ironiya ilə ilahiyyatçıya "yayda şuba geyinək onda" deyib.

Bundan sonra tərəflər arasında mübahisə yaşanıb. Aparıcı Elçib Əlibəyli isə "yayda soyunmaylıyıq?" deyərək prodüserin fikirlərinə narazılığını bildirib. O, eyni zamanda şortiklə çəkələyin çimərlik geyimi olduğunu söyləyib.

Minval.info 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31