MEK jurnalistləri fərqləndirəcək
10 İyul 2018 11:19 Sosialİyulun 18 -də AMEA Mərkəzi Elmi Kitabxanası "Milli Mətbuat Günü"nə həsr olunmuş "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı tədbir keçirəcək.
Olaylar.az bildirir ki, tədbirdə MEK-in Kitabxana-xidmət, Sərbəst Elektron Resurslar, İnformasiya resurslarına nəzarət və əlaqələndirmə, Beynəlxalq və ictimaiyyətlə əlaqələr, Rəqəmsallaşdırma, İnnovativ layihələr, Proqramçılar şöbələrinin mövzu üzrə əlaqələndirilmiş fəaliyyəti təqdim olunacaq. KİV nümayəndələrinin, ziyalıların, ictimai xadimlərin iştirak edəcəyi tədbirdə MEK-in innovativ fəaliyyətini obyektiv əks etdirmiş media qurumları və jurnalistlər ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, tədbir saat 11:00-da MEK-in Böyük Konfrans zalında keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31