Gürcüstanda Azərbaycan dilli məktəbin tikintisinə başlanılıb

Gürcüstanın Marneuli rayonunda 1 saylı Azərbaycan dilli ictimai məktəbin inşasına start verilib.

Gürcüstanın Marneuli rayonunda 1 saylı Azərbaycan dilli ictimai məktəbin inşasına start verilib.

Marneuli rayon başçısı səlahiyyətlərini icra edən Zaur Tabatadze, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və digər rəsmi şəxslər məktəbin tikinti prosesi və layihəsi ilə tanış olublar.

196 şagird üçün nəzərdə tutulmuş məktəbin inşasının 2019-cu ilin aprel ayında başa çatacağı nəzərdə tutulub. Tikinti işlərinə dövlət büdcəsindən 1 514 760 lari vəsait ayrılıb.

Qeyd edək ki, Marneulidə 1 saylı Azərbaycan dilli məktəbin binası 2016-cı ilin aprelində yararsız olduğundan sökülüb. Məktəbin müəllim və şagirdləri rayonunun 8 saylı məktəbinə köçürülüb.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31