Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edəcək
9 İyul 2018 15:46 SosialKənd təsərrüfatı naziri İnam Kərimov iyulun 20-də, saat 11:00-da Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyənlər Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinə (050-623-86-37) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi" (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31