Bu ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək
Bu ilin ikinci Günəş tutulması (qismən tutulma) hadisəsi iyulun 13-də baş verəcək.
9 İyul 2018 15:44 SosialBu ilin ikinci Günəş tutulması (qismən tutulma) hadisəsi iyulun 13-də baş verəcək.
Bakı vaxtı ilə saat 05:48-də başlanacaq Günəş tutulması hadisəsi saat 08:13-də başa çatacaq. Tutulmanın davametmə müddəti 3 dəq. 29 san-dir.
Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.
Növbəti tutulma avqustun 11-nə təsadüf edəcək.
"Report" AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31