Broyler toyuqları hansı kimyəvi maddə ilə şişirdilir?
9 İyul 2018 12:41 SosialHansı toyuq məhsullarını almaq məsləhətdir?
Broyler toyuqlarının xüsusi iynə vasitəsilə şişirdilməsi haqda informasiyalar məqsədli şəkildə aparılan "qara piar"dır. Bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev deyib. Əlavə edib ki, bu kimi hallar iri sənaye müəssisələrində qeyri-mümkündür: "Bunlar ayrı-ayrı şəxslərə qarşı ədavətdən irəli gəlir, kimlərsə bazara daxil ola bilmir və məqsədli şəkildə bu cür məlumatları, videoları ictimailəşdirirlər. Qeyd edim ki, xüsusi iynə ilə quşların şişirdilməsi əl əməyinə əsaslanır. Amma iri müəssiələrdə quşların qablaşdırılmasınadək bütün prosesləri aparatlar icra edir". Nazirlik rəsmisi qeyri-qanuni fəaliyyət göstərən kiçik sexlərdə bu yola əl atmasını istisna etməyib:
"Ona görə də qablaşdırılmamış, yaxud üzərində hansı şirkətə məxsus olduğu göstərilməyən toyuqları almayın. Onlara iynə də vurulur, vannada suya salıb şişirdirlər də. Hətta rəngini sarıya boyayıb "kənd toyuğu" adı ilə əhaliyə satırlar. Sizin vasitənizlə ictimaiyyətə çatdırmaq istyirəm ki, o məhsulları almasınlar".
Maraqlıdır quş əti alarkən nələrə diqqət edilməlidir? Qatırladaq ki, ölkənin ticarət şəbəkələrinə çıxarlan quş ətinin keyfiyyəti ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səslənəkdədir. İctimaiyyəti ən çox narahat edən məqamlardan biri ondan ibarətdir ki, istehsalçı şirkətlərlər bu növ məhsulun ağır gəlməsindən ötrü quş ətinə müxtəlif kimyəvi maddə yeridirlər. Hətta bunu təsdiq edən video-görüntülər də yayımlanmışdı. Belə halda istehlakçı keyfiyyətli quş əti almaq üçün nələrə diqqət yetirməlidir? İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, əhalinin yüksək bioloji dəyərli qida məhsulları ilə təmin olunmasında quş əti böyük əhəmiyyətə malikdir. Quş əti mineral maddələr və vitaminlərlə zəngindir. Ev quşları içərisində ən çox istifadə edilənləri toyuqlar, hind toyuğu, qaz və ördəklərdir. Quş əti quşun növündən, yaşından və köklüyündən cəmdəyin texnoloji emal üsullarından və keyfiyyətindən, termiki vəziyyətindən və təzəlik dərəcəsindən asılı olaraq qruplaşdırılır. Standarta əsasən ticarət şəbəkəsində quş cəmdəyinin kütləsi 480 qramdan az olmamalıdır. Emalından asılı olaraq quş cəmdəkləri yarımtəmizlənmiş və təmizlənmiş halda olur. Təmizlənmiş quş cəmdəklərindən bütün daxili üzvləri, başı (boyun ilə) və ayaqları kəsilib atılır. Bu zaman qarnının aşağı hissəsində yağı çıxarılmır, böyrəklərinin və ağ ciyərinin cəmdəkdə qalmasına yol verilir. Təmizlənmiş quş cəmdəyi içalat və boyun komplekti ilə birlikdə buraxıldıqda təmizlənmiş qaraciyər, ürək və boyun sellofana və ya polimer pərdəyə bükülərək qarın boşluğuna qoyulur. Bütün ev quşlarının əti köklüyünə və keyfiyyətinə görə 2 kateqoriyaya ayrılır. Birinci kateqoriya cavan broyler cəmdəyinin əzələləri çox yaxşı inkişaf etmiş, döşün forması girdə, qarın nahiyəsinin aşağı hissəsində dərialtında yağ toplanmış olur. Döş sümüyünün tili nəzərə çarpmır. İkinci kateqoriyaya quş cəmdəklərinin əzələləri tam kafi inkişaf etmiş, döş sümüyü tili döş əzələləri ilə çöküksüz bucaq əmələ gətirir, dərialtı yağı olmur, döş sümüyünün tili nəzərə çarpa bilər.
Ev quşlarının əti ən azı ikinci kateqoriya üçün nəzərdə tutulan tələblərə cavab vermirsə, onu ticarət və kütləvi iaşəyə buraxmaq qadağandır. Ona görə də quş əti alarkən bu əlamətlərə fikir verilməlidir. Termiki vəziyyətdən asılı olaraq quş əti temperaturu 250 C-dən çox olmamaq şərti ilə soyumuş, 0-40C-yə qədər soyudulmuş və mənfi 80 C-yə qədər dondurulmuş olur.
Quş əti ticarət şəbəkəsinə bükülmüş və bükülməmiş buraxıla bilər. Bükülməmiş halda buraxıldıqda cəmdəklər elektrodamğa vasitəsilə markalanır və ya etiket yapışdırılır. Növünü müəyyən etmək üçün köklük kateqoriyasından asılı olaraq quş cəmdəyin bir ayağına və hindtoyuğunun isə cəmdəyinin hər iki ayağına 1 və ya 2 rəqəmi həkk olunur. Quş ətinin soyudulması və soyudulmuş şəraitdə saxlanılması onun keyfiyyətinin qorunması baxımından ən mütərrəqi üsuludur. Çünki bu zaman mikroorqanizmlərin həyat fəaliyyəti və fermentlərin fəallığı zəifləyir, eyni zamanda tərkibində gedən kimyəvi və boikimyəvi dəyişikliklər minimuma enir.
Quş ətinin soyudulma müddəti yavaş soyutduqda 12-24 saat, tez soyutduqda 2-6 saat davam edir. Subməhsulları ayrıca, xüsusi qaydada hazırlanmış kamerada soyudulur. Yavaş soyudulma zamanı subməhsulları 24 saata, tez soyudulduqda 2 saata soyudulur. Soyudulmuş ətin saxlanılması üçün istifadə ediləcək kameralarda havanın temperaturu 0 -1,50C, nisbi rütubət 85-90% olmalıdır.Yarımtəmizlənmiş quş əti müvafiq temperaturda 10-12 gün, təmizlənmiş quş əti isə 5-10 gün saxlanıla bilər. Çox soyudulmuş quş ətini 20C-də 17-20 gün saxlamaq olar.
Soyudulmuş əti uzun müddət saxlamaq mümkün olmadığına görə, onu dondururlar. Soyudulmuş və 0-40 C-də 6-7 gün saxlanılmış əti dondurmaq məsləhət görülmür. Quş əti olan yeşiklər və karton qutular dondurucu kamerada şahmat şəklində yığılır. Quş ətinin növündən asılı olaraq dondurulma müddəti yavaş dondurmada 28-35 saat, intensiv dondurmada 18-20 saat, sürətli dondurmada isə 4-5 saatdır. Pərakəndə satış müəssisələrində soyudulmuş quş ətini 0-20C-də 3 gün, subməhsullarını isə 4 gün saxlamaq olar. Qeyd olunanları nəzərə alaraq ticarət obyektlərindən quş ətini alarkən, onun saxlanma şəraitinə, düzgün markalanmasına, yararlılıq müddətinin ötüb-ötmədiyinə diqqət yetirilməlidir. Kənar qoxuya malik olan quş ətini almaq məsləhət deyil.
Zəka