Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 50 mindən çox şəxs sənəd verib

Təhsil Nazirliyisisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu iyulun 8-də yekunlaşıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, rekord sayda 50 min 697 nəfər müəllim olmaq olmaq istəyən şəxs MİQ.EDU.AZ saytında qeydiyyatdan keçib. 

Qeyd edək ki, sənəd qəbulu iyulun 2-də başlamışdı. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31