İmtahanlar bitir, bəs nəticələr?

Dövlət İmtahan Mərkəzi 2017-ci il üzrə buraxılış və qəbul imtahanlarının nəticələrinə dair yekun statistik analizini çap edib.

Dövlət İmtahan Mərkəzi 2017-ci il üzrə buraxılış və qəbul imtahanlarının nəticələrinə dair yekun statistik analizini çap edib. 

Bu hesabatı media və təhsil sahəsi ilə maraqlanan ekspertlərə əvvəlki illərdən daha maraqlı edən vacib bir səbəb var. Belə ki, kurrikulum əsasında təhsil alan ilk şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə birinci dəfə keçirilən buraxılış imtahanlarının nəticələri barədə bütün məktəblər üzrə məlumatlar təqdim edilib. Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, mərkəzin öz ekspertlərinin gəldiyi ilkin nəticə budur ki, ümumtəhsil məktəblərində kurrikulumun tətbiqi çox zəifdir və şagirdlərə aşılanan bacarıq və vərdişlər lazım səviyyədə deyil: "Rəqəmlərdən aydın olur ki, 2 mərhələnin yekununa görə ötən il 9-cu sinfi bitirərək buraxılış imtahlarında 108 min nəfər şagird iştirak edib.  Hər 2 mərhələnin ümumi yekununa görə Azərbaycan dilindən imtahan verən bütün şagirdlərin təxminən 57 faizi 100 ballıq şkala ilə 50 baldan az toplayıb. Yekun nəticə üzrə şagirdlərin cəmi 7 faizi maksimum intervalda, 80-100 bal intervalı bal toplaya bilib. Ana dilindən cəmi 1 nəfər 100 bal toplayıb. Hər 2 mərhələnin ümumi yekununa görə riyaziyyatdan imtahan verən bütün 9-cu sinif şagirdlərin təxminən 70 faizi 100 ballıq şkala ilə 50 baldan az toplayıb. Yekun nəticə üzrə şagirdlərin cəmi 5.5 faizi maksimum intervalda, 80-100 bal intervalı bal toplaya bilib. Riyaziyyat fənnindən 20 nəfər 100 bal toplayıb.  Fərqlənmə attestatı almaq istəyən 27 min nəfərə yaxın şagird esse yazıb. Qaydalara görə, esse üzrə qiymət 10 ballıq şkala üzrə ən azı 7 bal olduğu halda 9-cu sinif şagirdləri fərqlənmə attestatı almaq şansı qazana bilir. Yekun statisyikaya görə, esse yazmış şagirdlərin cəmi 23 faizi, (6.3 min nəfəri 7 və yüksək bal toplaya bilib. Öz növbəsində 21 faiz, 5.5 min nəfər essedən 0-2 intervalında bal alıb". Rövşən Ağayevin sözlərinə görə. Dövlət İmthan Mərkəzinin statistik məlumat bazası göstərir ki, təhsilin keyfiyyəti üzrə reytinq cədvəlində ən pis göstəriciləri olan rayonların sırasında ölkənin ənənəvi pambıqçılıq rayonları üstünlük təşkil edir: " Gərək ən azından bu amili nəzərə alaraq yeni təhsil naziri həmin rayonlarda icra başçılarının təhsil prosesinə müdaxiləsinə imkan verməmək üçün təşəbbüs göstərə, bu rayonlarda təhsil işçilərini pambıq əkməyə, pambıq yığımına cəlb etməyə imkan verməyə. Müqayisə üçün statikanı təqdim edirəm. 2017-ci ilin yekunlarına görə 74 rayon və şəhər üzrə 11 illik buraxılış imtahanlarının nəticəsinə görə ən son 15-lik olan rayonlara Sabirabad, Cəlilabad, Kürdəmir, İmişli, Ağcabədi, Hacıqabul, Salyan, Zərdab və Yevlax rayonlarının adları var. Bu rayonlar üzrə 11 illik təhsil üzrə buraxılış imtahanlarının orta balı 32.5-40 intervalında dəyişir (maksimum 90 bala qarşı). Bu siyahıda Sabirabad ən pis göstərici ilə sonuncu yerdədi. Keçən ilin yekunlarına görə 74 rayon və şəhər üzrə 9 illik buraxılış imtahanlarının nəticəsinə görə ən son 15-lik olan rayonlara Sabirabad, Cəlilabad, Kürdəmir, Ağcabədi, Hacıqabul, Salyan, Zərdab, Saatlı və Yevlax kimi rayonlar daxildir. Bu rayonlar üzrə 9 illik təhsil üzrə buraxılış imtahanlarının orta balı 59-69 intervalında dəyişir (maksimum 200 bala qarşı). Bu siyahıda Cəlilabad ən pis göstərici ilə sonuncu yerdədi". Ekspert hesab edir ki, mövcud problemi aradan qaldırmaq üçün əlavə başqa mexanizm və islahat tədbirlərinə də ehtiyac var: "Əvvəla, orta təhsil siyasi-ideoloji təsirdən tam azad edilməlidir. Pedoqoji heyətin yaradıcılıq və fəaliyyət azadlığı olmalıdır. 2-ci pedoqoji ixtisaslara qəbul üçün minimal bal sistemi tətbiq edilməli və müəllim peşəsinin keyfiyyəti çox yüksək olmalıdır. Məsələn, hətta 300 bal toplayan abituryenitn belə fənn müəllimi ixtisası qazanması imkanı olmamaıdır. Necə ki, 500-dən az toplayan şəxslər BDU-nun hüququnda hətta ödənişlə oxuya bilmirlər". Rövşən Ağayev deyib ki, müəllim statusu haqqında qənun qəbul edilməli, yüksək maddi və yaradıcılıq təminatları bu qanunla müəyyən edilmlidir: "Məktəblərə maliyyə və inzibati muxtariyyət verilməli, onlara təkcə minimum xərc normativləri ilə deyil, fəaliyyətin yekunlarına görə büdcədən əlavə vəsait ayrılmalıdır. Məsələn, 9-cu sinfi bitirən 20 şagirdindən ən azı 10-u 100 ballıq şkala ilə orta hesabla 70 bal toplayan məktəbin kollektivinin əməyinə verilən qiymət 20 şagirdi üzrə orta hesabla 30 bal toplayan məktəbin kollektivinin əməyinə verilən qiymətlə eyni ola bilməz. İmtahan ilk dəfə ola bilər, amma 9 ildi bu şagirdlərə ildə 2 dəfə bütün fənlərdən ildə 2 dəfə böyük və kiçik summativlər yazdırılır və bunlar uşaqlar açıq tipil sullara və məntiqi suallara cavab vermək, esse yazmaq qabiliyyəti formalaşdırmağa xidmət edib. Amma baxın, İmtahan Mərkəzi qeyd edir ki, bu şagirdlər açıq tipli sullara (1-ci mərhələdə) daha aşağı səviyyədə cavab verib, nəinki köhnə sistemlə tərtib edilən suallar - qapalı tipli suallara".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31