Azərbaycanlı gənc "Google"da vəzifəyə təyin edildi
10 May 2018 18:06 SosialAmerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlıya "Google" şirkətində vəzifə verilib.
Bu barədə tanınmış jurnalist Xəyal Azəroğlu sosial şəbəkədə yazıb.
Məlumatlara görə, əslən Gəncədən olan Röyal Paşayev "Google" şirkətinin art direktoru vəzifəsinə təyin edilib:
"Məni tanıyanlar bilir ki, həyatda ən yaxın dostum Royal Paşayevdir. Eşidin və agah olun, ən yaxın dostum ABŞ-da "Google" şirkətinin art direktoru vəzifəsinə təyin olunub.
Fəxr edirəm səninlə, kanki. Yadındadırsa, tələbə vaxtı Pinhaninin "Mən necə böyük adam olacam" mahnısını özümüzə şüar olaraq seçmişdik. Sən artıq böyük adam oldun. Növbə mənimdir..."
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31