“Azərsu” kollektivi ağac əkib
10 May 2018 16:58 SosialAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ağacəkmə aksiyası keçirilib.
"OLAYLAR"-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Hövsan Aerasiya Stansiyası ərazisində təşkil olunmuş ağacəkmə kampaniyasında müxtəlif növdə 1000-dən çox ağac əkilib, yaşıllıqlar salınıb. Ağacəkmə tədbirində Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin kollektivləri fəal iştirak edib.
"Azərsu" ASC ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir. Yaşıllaşdırma tədbirləri çərçivəsində son illər cəmiyyətin idarə və müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 450 hektar yaşıllıq sahəsi yaradılıb. 195 minə qədər müxtəlif növ ağac və kol bitkiləri, 570 mindən çox mövsümi gül əkilib.