Heydər Əliyevin doğum günü münasibətilə Eko-Parkda 20 mindən artıq gül əkilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar olaraq "Azərişıq" ASC tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

ASC-dən verilən məlumata görə, Prezident İlham Əliyevin ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin "Azərişıq" ASC-də yaranmış ənənəyə uyğun olaraq növbəti güləkmə aksiyası Bakı şəhərinin Zirə Mədəniyyət Mərkəzi - Eko-Park ərazisində keçirilib, 20 mindən artıq gül əkilib.

Əkilən güllərin mühafizəsi və onlara mütəmadi qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31