Nəsimidə ümumrayon iməciliyi keçirilib
10 May 2018 11:51 SosialNəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə ümumrayon iməciliyi keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər davam etdirilir. Silsilə tədbirlər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində Nəsimi rayonu ərazisində genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri aparılaraq bir sıra binalar, küçələr, istirahət guşələri və parklar əsaslı təmir olunub, " Abad həyət" layihəsi çərçivəsində zəruri işlər aparılıb, sakinlərin rifahının daha da yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Son illər sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün rayonda müasir tələblərə cavab verən yeni-yeni parklar salınır, mövcud yaşıllıqlar və parklar əsaslı təmir edilir, park və bağlarda söhbətgahlar, uşaq oyun elementləri quraşdırılır. Rayonun idarə, müəssisə və təşkilatlarında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə keçirilən silsilə tədbirlərin davamı olaraq ümumrayon iməciliyi keçirilib. İməcilik zamanı rayonun ayrı-ayrı ərazilərində, mikrorayonlarda, mövcud park və bağlarda,yaşıllıq zolaqlarında 5000-dən artıq müxtəlif növdən olan həmişəyaşıl ağaclar və rayonun mərkəzi küçələrində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif Məhərrəmov küçəsindəki parkda, Vaqif prospekti boyunca və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında 50000-dən artıq gül əkilib, mövcud yaşıllıqlara qulluq göstərilmiş, məhəllələrdə abadlıq və təmizlik işləri aparılıb. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etdiblər. Rayonda son illər ənənə halını almış həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.