Yatmazdan əvvəl bunu etməyin
10 May 2018 01:09 SosialAxşam saatlarında insan daha az hərəkət edir, dincəlir ki, bunun nəticəsində qida ilə aldığımız kalorilər sərf edilmir və artıq çəkinin yığılmasına səbəb olur.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Gün ərzində son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.
Həmçinin şam yeməyinin daha azkalorili olması məsləhətdir. Çünki yuxu zamanı insan orqanizmində gedən bir çox proseslər, və o cümlədən həzm prosesləri ləngiməyə başlayır. Nəticədə yatmazdan əvvəl qəbul olunmuş qida normal həzm olunmur, bağırsaqlarda çürüməyə başlayır, nəticədə orqanizmdə toksinlər və şlaklar yığılır, orqanizmdə intoksikasiya (zəhərlənmə) inkişaf edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00