Alimlərdən XƏBƏRDARLIQ: 40 il sonra şokolad olmayacaq - FOTOLAR
25 Fevral 2018 17:50 SosialMusavat.com-un dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə elm adamları xəbərdarlıq edib. Onların dediklərinə görə, 40 il sonra şokolad hazırlamaq mümkün olmayacaq.
Bu təhdidin arxasında qlobal istilərdən tutmuş həşəratlara kimi bir çox amil var. Hazırda alimlər bununla bağlı çıxış yolları axtarır. Bir çox insan üçün bu problem ciddiyə alınmasa da, ötən ay Fransada baş verən "Nutella üsyanı"na nəzər salınmalıdır.

Araşdırma şirkəti olan "Euromonitor"un hesabatına görə, 2016 və 2017-ci illərdə dünyada şokolada tələbat 7540 tona qədər olub. Bu rəqəm 5 il öncəsi ilə müqayisədə 10 faiz artıb. Şokolada tələbatın artdığı ölkələrin sırasında əhalisi çox olan ölkələr ön sıradadır.
Dünyada ən böyük şokolad bazarı ABŞ-da yerləşir. Bütün şokolad növlərinin yüzdə 20 faizi bu ölkədə yeyilir. Ən yüksək şokolad istehlakı isə İsveçrədədir. Burada adambaşına il ərzində 11 kq şokolad payı düşür.
.jpg)
Son 40 il ərzində kakaonun qiymətində də enmə müşahidə olunur. 1970-ci ildə bu bitkinin 1 tonu 4 min dolar idi. Hazırda isə 1 tonu 2138 dollara enib.

Alimlər vəziyyətin daha da pisləşməsinə səbəb kimi gənclərin bu işlə maraqlanmamasını göstərir. Günümüzdə ən gənc kakao istehsalçısının 51 yaşı var.
Kakao ağacı tropik bölbələrdə yetişir və bu bitki xüsusi zəhmət, diqqət tələb edir. Bir ağacın il ərzində verdiyi məhsuldan yalnızca yarım kilo kakao əldə olunur.

Kakao bitkisi yabanıdır və həşəratlara qarşı dözümlüdür. Lakin 19-cu əsrin sonlarında Amazon bölgəsindən Afrikaya gətirilən bitkinin fərqli virus və təbiətlə tanışlığı vəziyyəti dəyişib.
1980-ci ildə Braziliyanın şimalında yayılan epidemiya da bu bitkiyə zərər verib. 1991-ci əldə olunan məhsul 320 ton idisə, 2001-ci ildə bu göstəricilər 191 tona enmişdi.

Kakao böhranının daha bir səbəbi də ağacların xəstəliyinin vaxtında diaqnozlaşdırılmasının mümkünsüz və çətin olmasıdır. Çünki bu bitkilər virusa yoluxduğu zaman biruzə vermir.
Hazırda elm adamları bu məsələ ilə ciddi şəkildə tədbirlər görməyə başlayıblar. Mütəxəssislərin ilk açıqlamalarına görə, kakaonu genetik dəyişikliklə bu vəziyyətdən çıxarıb, daha da davamlı edəcəklər.

