Hind kinosunun ulduzu qəfildən vəfat etdi
25 Fevral 2018 16:49 SosialHindistanın məşhur aktrisası Şridevi vəfat edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Dubaya yaxın qohumunun toyuna gedən aktrisanın qəfildən ürəyi dayanıb.
54 yaşlı aktrisa toya ailəsiylə - prodüser olan əri Boni Kapur və kiçik qızıyla birgə gedib.
Hindistanın prezidenti Ram Natx Kovind aktrisanın ölümüylə əlaqədar başsağlığı verib.
Qeyd edək ki, hind kinosunun ulduzu karyerası ərzində 265 filmə çəkilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00