Azərbaycanlı futbolçuya televizora baxmaq qadağan edildi

Portuqaliyanın "Sportinq Lissabon" komandasının növbəti dəfə prezidenti seçilən Bruno de Karvalyu klub üzvlərinə maraqlı qadağa edib.

A24.Az xəbər verir ki, Karvalyu futbolçulara televizora baxmağı qadağan edib.

O, bunu riski azaltmaqla əlaqələndirib. Klub prezidenti, həmçinin sosial şəbəkələrdən az istifadə etməyi məsləhət görüb, eyni zamanda idman qəzetləri almağı qadağan edib.

Qeyd edək ki, U-21 millimizin üzvü Budaq Nəsirov "Sportinq"in şərəfini qoruyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00