İdea- ya dəstək ol layihəsi baş tutub

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Binəqədi Gənclər Evinin təşkilati dəstəyi ilə “İdea dəstək ol” layihəsi baş tutub.  “OLAYLAR” xəbər verir ki, layihənin açılış mərasimində layihə rəhbəri Orxan Salmanov çıxış edib və layihə iştirakçılarına olayihə haqqında geniş məlumat verib. Çıxışında hazırki dövrdə tez-tez rast gəlinən ekoloji problemlər və problemlərə olan biganə yanaşma, həmçinin problemlərin həlli üçün nələr etmək lazım olduğu haqqında ətraflı məlumat verib.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Binəqədi Gənclər Evinin təşkilati dəstəyi ilə "İdea dəstək ol" layihəsi baş tutub.  "OLAYLAR" xəbər verir ki, layihənin açılış mərasimində layihə rəhbəri Orxan Salmanov çıxış edib və layihə iştirakçılarına olayihə haqqında geniş məlumat verib. Çıxışında hazırki dövrdə tez-tez rast gəlinən ekoloji problemlər və problemlərə olan biganə yanaşma, həmçinin problemlərin həlli üçün nələr etmək lazım olduğu haqqında ətraflı məlumat verib.

Daha sonra Yaşıl Asanın təsisçisi Səkinə Həsənova iştirakçılara ekoloji komanda qurulucuğu haqqında təlim keçib. İştirakçıların sualları cavablandırılıb.

Layihənin 2-ci hissəsində ekoloji problemləri əks etdirən videoçarx nümayiş edilib və bu iştirakçıların böyük marağına səbəb olub. Videoçarx haqqında geniş müzakirə baş tutub. Sonda layihə iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.

Layihədə 70-dən çox gənc iştirak edib. İdea-ya dəstək ol layihəsinin əsas məqsədi ekoloji problemlərin gənclərə çatdırılması və bu problemlərin həlli üçün gənclərdə təşəbbüskarlığın artırılması olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31