Maral Tahirqızı ailəsindən danışdı: 16 yaşında məni qaçırdıb. .. uşağım yarımçıq oldu - AÇIQLAMA

Son dönəmlər sosial şəbəkələrdə fenomenə çevirilən müğənni Maral Tahirqızı ilə bağlı maraqlı faktlar üzə çıxıb. Bu barədə BiG.AZ-a danışan müğənni Maral Tahirqızı şəxsi həyatı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. Belə ki, o, 16 yaşında ailə qurduğunu və uşağını itirdiyini bildirib: "16 yaşında ailə qurdum. Sevdiyim oğlan məni qaçırtdı. Ailəm istəmirdi deyə məni məcbur qaçırtdı. 2 il 3 ay evli qaldım. Evli olduğum müddətdə hamilə qaldım. Lakin uşağım yarımçıq olduğuna görə tələf oldu, biz onu itirdik. Sonradan ayrılıb boşandıq. İndi o Rusiyadadır, orada evlənib. Yenidən onunla əlaqə saxlamaq istəmirəm. Həyatımda bu səbəbdən heç kim yoxdur". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00