Hər cür paltarların dəbi olduğu kimi, şal bağlama modellərinin də dəbi var. Bu il hər yerdə gördüyümüz adyal naxışlı şallar soyuq qış günlərində fərqli şal bağlama modelləri ilə bizi həm isti tutacaq, həm də dəbli göstərəcək. Milli.Az ailem.az-a istinadən fərqli şal bağlama üsullarını göstərir.
Qandal şal bağlama modeli
Qandal şal bağlama modelini əldə etmək üçün kvadrat formada olan şalı açın və iki çarpaz ucu birləşdirərək üçbucaq əldə edin.
Fotoda da göründüyü kimi, üçbucağın geniş tərəfi çənə nahiyənizə gələcək şəkildə, incə uclardan şalı geriyə çəkin.
İki ucu çiyninizdə çarpaz gələcək şəkildə bir-birinə əks keçirin və iki ucu birdən ön tərəfə gətirin.
Üçbucağın altında iki incə uc olmalıdır.
Bu iki ucu üçbucağın altında bağlayın və getməyə hazırsınız.
Düyün şal bağlama modeli
Düyün şal bağlama modeli üçün kvadrat şəklindəki şalı açın və iki çarpaz ucu birləşdirərək üçbucaq əldə edin.
Üçbucağın geniş tərəfi çənə səviyyənizə gələcək şəkildə, incə uclardan şalı geriyə çəkin.
Təkrar iki ucu çiyninizdə çarpaz şəkildə bir-birinə zıdd keçirin.















