Bəzi telefon qovşaqları ləğv edildi

"Bakı Telefon Rabitəsi" MMC-nin tabeliyində fəaliyyət göstərən Bakı Kabel Qovşağı da ləğv olunub. Müəssisənin bütün hüquq və vəzifələri onun hüquqi varisi olan "Bakı Telefon Rabitəsi" MMC-yə keçib. Eyni zamanda "Bakı Telefon Rabitəsi" MMC-nin tabeliyində olan bir neçə telefon qovşağı ləğv edilib. 

"Vergilər" qəzeti  xəbər verir ki,  Yasamal, Xətai, Sabunçu, Xəzər, Qaradağ, Nizami Telefon Qovşaqları bütün hüquq və vəzifələrinin hüquqi varisi olan "Bakı Telefon Rabitəsi" MMC-yə keçməsi şərti ilə ləğv olunduğunu elan edirlər.Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00