Babək prospektində yenidənqurma işlərinə başlanılır
Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq dekabrın 18-dən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.
18 Dekabr 2017 11:37 SosialBabək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq dekabrın 18-dən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-dən daxil olub. Bildirilib ki, yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir. Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər..