Aleksandr Nesterova dəvətli professor  adı verildi

Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterova Azərbaycan Dillər Universitetinin  dəvətli professoru adı verilib. Bu münasibətlə keçirilən iclasda çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla A.Nesterovun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, A.Nesterov müxtəlif ölkələrin universitetlərinin yaxınlaşması üçün mühüm işlər görür. Bu da öz növbəsində gənclərin bir-birinə daha da yaxınlaşmasına xidmət edir.

K.Abdulla A.Nesterovun Azərbaycanla bağlı gördüyü işləri xüsusi vurğulayıb: "Mən sizə bizim missiyamızı həyata keçirdiyiniz üçün dərin minnətdarlığımı bildirirəm. Bizim missiyamız dünyaya, o cümlədən qonşularımıza Azərbaycanı, onun tarixini, mədəniyyətini, dil və ədəbiyyatını tanıtmaqdan ibarətdir". K.Abdullanın sözlərinə görə, A.Nesterovla belə razılığa gəlinib ki, onun rəhbərlik etdiyi Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti daha da genişləndirilsin.

K.Abdulla A.Nesterovun bir neçə dəfə ADU-da olduğunu deyib: "Siz burada mühazirələr oxuyursunuz. Burada müəllimlər və tələbələr sizə sevgiylə yanaşır".

Daha sonra rektor K.Abdulla "ADU-nun dəvətli professoru" vəsiqəsini rusiyalı alimə təqdim edib. Buna görə ADU rəhbərliyinə dərin təşəkkürünü çatdıran qonaq Azərbaycanı çox sevdiyini bildirib. A.Nesterov Rusiyada Azərbaycanşünaslığın inkişaf etdiyini və artıq elmi istiqamətə çevrildiyini deyib. O, Azərbaycanşünaslıq istiqamətində fəaliyyətinin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31