Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu
17 Dekabr 2017 16:07 Sosial"Yeni Yasamal" MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb.AZXEBER.COM xəbər verir ki, virtualaz.org-un əldə etdiyi məlumata görə, şirkət rəhbəri Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir.Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyevvasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00