Muzey mükafatlandırdı
18 may Beynəlxalq Muzeylər günü mövzusuna - "Muzeylər və mübahisəli tarixi məqamlar - Muzeylərdə deyilməyənlərin səslənməsi" uyğun olaraq İCOM Azərbaycana daxil olan muzeylərə "1920-50- ci illərdə represiyyalar" adlı vahid bir mövzu əsasında Tarixi Muzeyində “Sonuncu ünvan...” adlı tədbir keçirilib. Tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) Gənc Alim və Mütəxəssislər Şurası və Hüseyn Cavidin Ev Muzeyi ilə birgə təşkil olunmuşdu.
18 May 2017 17:14 Sosial18 may Beynəlxalq Muzeylər günü mövzusuna - "Muzeylər və mübahisəli tarixi məqamlar - Muzeylərdə deyilməyənlərin səslənməsi" uyğun olaraq İCOM Azərbaycana daxil olan muzeylərə "1920-50- ci illərdə represiyyalar" adlı vahid bir mövzu əsasında Tarixi Muzeyində "Sonuncu ünvan..." adlı tədbir keçirilib. Tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) Gənc Alim və Mütəxəssislər Şurası və Hüseyn Cavidin Ev Muzeyi ilə birgə təşkil olunmuşdu.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Nailə Vəlixanlı muzey əməkdaşlarını və muzeysevərləri təbrik etdi. Tədbirdə çıxış edən İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova zaman - zaman Azərbaycan xalqının məruz qaldığı soyqırımları xatırlatdı. Daha sonra t.ü.f.d. Rafiq İsmayılov tərəfindən "1930-53-cü illərdə repressiyaya məruz qalan elm xadimləri" adlı mühazirə dinlənildikdən sonra "Muzey "Təşəkkür edir"" adlı tədbir keçirildi. Tədbirdə 2017-ci ilin birinci yarısında muzeyin elmi-mədəni, ictimai tədbirlərinin təşkilində və onun fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında fərqlənənlərə muzeyin təşəkkürnamələri təqdim olundu. Təltif olunanlar arasında "Olaylar" İnformasiya Agentliyinin əməkdaşı Nigar Həmzəyeva, "Edumap.az" Təhsil Portalının Təsisçisi Rasim Abdurəhmanov, "Lider TV"-nin Xəbərlər departamentinin Sosial və mədəniyyət redaksiyasının müxbiri Aysel Nəbiyeva da var. Tədbirin təşkilatçısı Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi kütləvi iş şöbəsidir.
NigarNigar