Qətər Əmirliyi ilə əməkdaşlıq məsələsi müzakirə edilib
Bakı Biznes Mərkəzində Qətər Əmirliyinin “Barva Bank”ının sədri Şeyx Mohamedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, İqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, SOCAR-ın, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, AZPROMO-nun, Azərbaycan İnvestisiya Şirkətinin, “Xəzər” Beynəlxalq İnvestisiya Şirkətinin, “PAŞA Holding”in, “Gilan Holding”in və “Synergy Group”un rəhbər vəzifəli şəxsləri iştirak edib.
18 May 2017 17:11 SosialBakı Biznes Mərkəzində Qətər Əmirliyinin "Barva Bank"ının sədri Şeyx Mohamedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, İqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, SOCAR-ın, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin, AZPROMO-nun, Azərbaycan İnvestisiya Şirkətinin, "Xəzər" Beynəlxalq İnvestisiya Şirkətinin, "PAŞA Holding"in, "Gilan Holding"in və "Synergy Group"un rəhbər vəzifəli şəxsləri iştirak edib. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib. Bildirilib ki, son 10 ildə ÜDM 1,7 dəfə, valyuta ehtiyatları 9,7 dəfə, qeyri-neft sektoru 2 dəfə, sənaye 1,5 dəfə, turizm 6,2 dəfə, tikinti 2,2 dəfə artıb. Vurğulanıb ki, hazırda əlverişsiz xarici siyasi və iqtisadi amillər, xüsusilə dünya enerji bazarındakı qeyri-sabitliyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir. 2017-ci ilin 1-ci rübü üzrə qeyri-neft sənayesi 2%, kənd təsərrüfatı 3,5%, ticarət dövriyyəsi 15%, ixrac 50%-ə yaxın, qeyri-neft ixracı 10% artıb. Azərbaycan regionun əlverişli mövqeyə malik olan tranzit mərkəzidir. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri çərçivəsində yolların yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və bu ərazidə azad ticarət rejimli xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın tranzit imkanlarını daha da gücləndirir. Qətər Əmirliyi nümayəndə heyətinin rəhbəri, "Barva Bank"ın sədri Seyx Mohamed Qətər iqtisadiyyatı barədə məlumat verib, qarşılıqlı investisiya qoyuluşu istiqamətləri barədə fikirlərini bölüşüb.Görüşdə birgə investisiya fondunun yaradılması, Azərbaycanda daşınmaz əmlak sahəsinə, xüsusilə otellərin və ticarət mərkəzlərinin tikintisi layihələrinə investisiya qoyuluşu, logistika, kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.