BDU-da türk xalqları tarixinin tədqiqi mövzusunda konfrans
18 May 2017 17:01 SosialBakı Dövlət Universitetində Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda respublika elmi praktik konfransı keçirilib. Universitetdən "Olaylar" - a bildirlib ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışıb.
Tarix fakültəsinin dekanı, dosent Azad Rzayevin çıxışından sonra Türk xalqlarının tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı - 98 yaşlı Bakı Dövlət Universiteti Azərbaycan Respublikası ilə yaşıd olan Türk xalqları tarixi kafedrası" mövzusunda məruzə edib.
BDU-nun professoru Qabil Əliyev tariximizin araşdırılmasında və təbliğində əvəzsiz xidmətləri olan "Tarix və onun problemləri" jurnalının 20 illik fəaliyyətindən bəhs edib.