Vərəmə yoluxanların sayında azalma
18 May 2017 09:54 SosialET Ağciyər Xəstəlikləri İnstitutunda Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün vərəm xəstəliyi və onun profilaktikasına dair seminar keçirilib. Nazirlikdən "Olaylar" - a bildirlib ki, həyata keçirilən tədbirlər nəticəsində son illər Azərbaycan vərəmə yoluxanların sayında azalma müşahidə olunur. Azərbaycanda hər 100 min əhaliyə vərəmlə xəstələnmə göstəricisində son 6 ildə azalma müşahidə olunur və aktiv kontingentin sayı azalır. 2010-2016-cı illərdə ölkədə hər 100 min əhaliyə görə bu say 144 nəfərdən 99 nəfərə düşüb.
Seminarda qeyd edilib ki, ölkədə vərəm xəstələrinin müayinə və müalicəsi ödənişsiz həyata keçirilir. Vərəm əleyhinə dərmanlar Səhiyyə Nazirliyi tərəfindən müvafiq səhiyyə müəssisələrinə təqdim edilir. Müalicə tədbirləri ilə yanaşı, vaxtaşırı olaraq xəstələrin vəziyyəti ilə bağlı monitorinqlər aparılır.