Aİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Omdursman Aparatında olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Faiq Ağayev Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis və siyasi müşaviri Nina Lindvalla görüş keçirib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Faiq Ağayev Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis və siyasi müşaviri Nina Lindvalla görüş keçirib. O, Avropa İttifaqı tərəfindən həyata keçirilən Tvinninq layihəsində Ombudsman təsisatının fəal iştirakını, hazırda Almaniya və Polşadan olan tərəfdaşlarla birgə layihənin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Aparatın şöbə müdiri ölkəmizdə Ombudsman təsisatının yaranması, mandatı, çoxşaxəli fəaliyyəti, o cümlədən hüquqi maarifləndirmə sahəsində görülən işlər və təşkil olunmuş tədbirlər, dərc edilmiş çoxsaylı hüquqi nəşrlər barədə ətraflı məlumat verib. O, Müvəkkilin "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə bu il ölkəmizin 57 şəhər və rayonunda dövlət qurumları, yerli icmalar, QHT-lər və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirdiyini, rayonlara səfəri zamanı polis idarələrinə baş çəkdiyini, polis əməkdaşları ilə insan hüquqları, saxlanılan şəxslərlə rəftar və onların saxlanılma şəraiti ilə bağlı söhbətlər apardığını, bütün polis şöbələri, eləcə də penitensiar müəssisələrdə Ombudsmanın iki qaynar xətt nömrələrinin əks olunduğu posterlərin asıldığını qonaqların diqqətinə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31