Azərbaycanla BƏƏ qarşılıqlı vizasız rejimə keçə bilər
Azərbaycan BƏƏ-yə hər iki ölkənin vətəndaşları üçün qarşılıqlı vizasız rejim tətbiq etməyi təklif edir.
4 Oktyabr 2016 17:18 SosialAzərbaycan BƏƏ-yə hər iki ölkənin vətəndaşları üçün qarşılıqlı vizasız rejim tətbiq etməyi təklif edir.
Bunu Trend-ə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.
Səfirin sözlərinə görə, hazırda diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizasız rejim mövcuddur, 2015-ci ildən isə BƏƏ vətəndaşları sadələşdirilmiş viza sisteminin əsasında Azərbaycana gəlirlər:
"İndi Azərbaycan tərəfi həm Azərbaycan, həm də BƏƏ vətəndaşları üçün vizasız rejim tətbiq olunmasını təklif edir. BƏƏ hökuməti artıq ilkin razılıq verib və hazırda məsələyə baxılır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31