Sabah su olmayacaq
Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttinin yeni çəkilmiş yola düşən hissəsinin yeri dəyişdirilir.
5 Sentyabr 2016 18:16 SosialBilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttinin yeni çəkilmiş yola düşən hissəsinin yeri dəyişdirilir.
Bununla əlaqədar sentyabrın 6-da gün ərzində Abşeron rayonunun Saray, Novxanı, Mehdiabad, Digah, Fatmayı, Goradil qəsəbələrindəki bağ massivlərinə, həmçinin Bakının Sabunçu rayonunun Ramana və Bülbülə qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq.
Müvəqqəti narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31