“Musiqi sülhə səsləyir” adlı tədbir keçiriləcəkdir
Sentyabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarlari Klubunda Beynəlxalq Sülh Günü münasibətilə “Sülh aylığı” çərçivəsində “Musiqi sülhə səsləyir” adlı tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açacaq. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Beynəlxalq Sülh Günü, Azərbaycan bəstəkarlarının yaradıcılığında sülh mövzusu haqqında çıxış edəcək.
5 Sentyabr 2016 13:59 SosialSentyabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarlari Klubunda Beynəlxalq Sülh Günü münasibətilə "Sülh aylığı" çərçivəsində "Musiqi sülhə səsləyir" adlı tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açacaq. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Beynəlxalq Sülh Günü, Azərbaycan bəstəkarlarının yaradıcılığında sülh mövzusu haqqında çıxış edəcək.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, BMT-nin "Ümumdünya insan hüquqları haqqında Bəyannaməsinin 50 illiyinə həsr olunmuş" müsabiqənin qalibi Cəlal Abbasovla görüş keçiriləcək. Bəstəkar sülh mövzusunda yazdığı əsərləri, gələcək yaradıcılıq planları haqqında söhbət açacaq, tədbir iştirakçılarının suallarını cavablandıracaq. Tədbirdə Cəlal Abbasovun BMT-nin mükafatına layiq görülmüş "İf İ could see you again..." adlı IV simfoniyasının videoyazısı və "Sülhün səsi" adlı III simfoniyasından videofraqment nümayiş ediləcək, vokal silsiləsi ifa olunacaq.