Keçən ay 12567 metr qazma işi həyata keçirilib

2016-cı ilin avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12567 metr qazma işi həyata keçirilib.

2016-cı ilin avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12567 metr qazma işi həyata keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 12484 metri istismara, qalanı isə aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 74248 metr qazma işi görülmüşdür ki, bunun da 72948 metri istismara, 1300 metri isə kəşfiyyata aid olub. Bundan əlavə, avqust ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 39 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31