Turizm sektorunun inkişafı yeni mərhələdə

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov ali təhsil müəssisəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında, Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında, Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında imzalanmış sərəncamları “Azərbaycanda turizmin dinamik inkişafında yeni mərhələnin başlanğıcı olduğunu” deyib.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov ali təhsil müəssisəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında, Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında, Azərbaycan Respublikasında "Turizm işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında imzalanmış sərəncamları "Azərbaycanda turizmin dinamik inkişafında yeni mərhələnin başlanğıcı olduğunu" deyib. "OLAYLAR"-ın xəbəriunə görə, tədbir iştirakçılarının diqqətinə çatdırırlıb ki, ATMU-nun 10 illik fəaliyyəti dövründə "Azərbaycan Respublikasının regionlarının sosial - iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında "25 avqust 2005-ci il tarixli Sərəncamından irəli gələn tədbirlər planına müvafiq olaraq Azərbaycan Turizm İnstitutunun yaradılması ilə turizm sektorunda kadr çatışmazlığının aradan qaldırılması bu sahədə atılan ən vacib addımlardan biri olub. Eldar Aslanov diqqətə çatdırıb ki, yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, son illər ərzində regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxsaylı yeni turizm obyektlərinin istifadəyə verilməsi, təbii və mədəni turizm destinasiyalarının turist cəlbediciliyi baxımından inkişafı və ölkənin tanıdılması istiqamətində meqa tədbirlərin təşkili qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafından xəbər verir. Tədbirdə ölkə prezidentinə ATMU kollektivi adından təşəkkür məktubu ünvanlandı və müvafiq sərəncamların icrası ilə bağlı işçi qrupunun yaradılması qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31