Uşaq baxçaları Təhsil Nazirliyinə qaytarıla bilər
Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə qaytarılması daha səmərəli ola bilər. Bunu millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
5 Sentyabr 2016 13:53 SosialMəktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə qaytarılması daha səmərəli ola bilər. Bunu millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib. Deputat qeyd edib ki, uzun illər bu müəssisələr Təhsil Nazirliyinin tabeliyində olub: "Sonrakı dövrlərdə rayon üzrə İcra hakimiyyətlərinə verildi. Hər halda, bunun da səbəbləri vardı. Bir təhsil işçisi kimi düşünürəm ki, əgər söhbət təhsildən gedirsə və bir müəssisənin adının qarşısında "təhsil" ifadəsi səslənirsə, bu, birbaşa Təhsil Nazirliyinin və əlaqədar təşkilatın məşğul olacağı bir məsələdir. Mənə elə gəlir ki, əlaqədar qurum daha effektli, daha səmərəli işləyə bilər. Söhbət təhsildən gedirsə, təhsil işçiləri təlimçilər, maarifçilər bu sahədə işləsələr, uşaqlarla məşğul olsalar, daha yaxşı olar. Bu baxımdan o fikirdəyəm ki, bu müəssisələr yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır".