Payız sessiyasının nə vaxt başlayacağı bəli deyil

Gələn həftədən etibarən Milli Məclisin (MM) komitələri fəaliyyətə başlayır. Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Gələn həftədən etibarən Milli Məclisin (MM) komitələri fəaliyyətə başlayır. Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, sentyabrın 12-dən sonra parlamentin komitələri işlərinə başlayacaq. Komitə iclaslarında hər komitə parlamentin 2016-cı il payız sesisyasında müzakirəyə çıxaracağı məsələləri müzakirə edib iş qrafikini müəyyən edəcəklər. Bunun nəticəsində də parlamentin payız sessisyasının iş qrafiki müəyyənləşəcək. Milli Məclisin 2016-ci il ilk payız sessiyasının plenar iclasına gəldikdə isə A. Təvəkküloğlu deyib ki, hələlik ilk sessiya iclasının dəqiq vaxtı müəyyənləşməyib. "Çünki həmən gün istirahət gününə düşür"-deyə, o, bildirib. Qeyd edək ki, Milli Məclisin daxili nizamnaməsinə əsasən parlamentin payız sessiyaları oktyabr ayının 1-də başlayır. Ancaq oktyabrn 1-i istirahət və yaxud bayram günlərinə düşdükdə, qanunvericiliyə uyğun olaraq ilk iclasın vaxtı ya bir gün əvvələ və yaxudda sonraya çəkilir. 2016-cı il oktyabrın 1-i şənbə günü istirahət gününə düşdüyündən ilk sessiya iclası ya avqustun 30-da və yaxud da oktyabrın 3-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31