Avtobusdan yıxılan qadın ölüb

Bakıda 8 gün əvvəl avtobusdan yıxılan qadın ölüb.

Bakıda 8 gün əvvəl avtobusdan yıxılan qadın ölüb. "Olaylar" Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini Sevil Şükürova Murtuza Qəhrəmanovun idarə etdiyi 104 saylı "İsuzu" markalı avtobusdan yıxıaraq, ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən S.Şükürova iyulun 28-də elə orada həyatını itirib. Hazırda faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00