Qusarda sahibkarlara güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi, sahibkarların maarifləndirilməsi məqsədilə növbəti işgüzar forumu Qusar rayonunda keçirilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi, sahibkarların maarifləndirilməsi məqsədilə növbəti işgüzar forumu Qusar rayonunda keçirilib. Nazirlikdən verilən məlumata görə, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Qusarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılmasında prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 45 sahibkara 622 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq,quşçuluq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu layihələrin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00